Türkiyə klubunun prezidenti "Neftçi" rəhbərliyi ilə görüşdü

20:44 - 24 May 2022

"Alanyaspor" klubunun prezidenti Hasan Çavuşoğlu bu gün “Neftçi”nin qonağı olub.

 

Sportal.az xəbər verir ki, klub rəhbərliyi ilə görüşdə gələcəkdə klublar arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Sonda hər iki tərəf bir-birinə xatirə hədiyyəsi təqdim edib. 

Xəbər xətti