"Beşiktaş" yetirməsi Azərbaycan klubuna keçməyə hazırlaşır

13:34 - 23 İyun 2022

Yeni mövsümdən birinci divizionda mübarizə aparacaq "Araz Naxçıvan" transfer çalışmalarını davam etdirir.

Sportal.az saytına verilən məlumata görə, Naxçıvan təmsilçisi Azərbaycanın aşağı yaş qruplarından ibarət yığmalarında oynamış Ege Atlamla maraqlanır.

"Beşiktaş" yetirməsi olan futbolçu komandanın düşərgəsində də olub, görüşmələr baş tutub. Amma hələ ki, konkret qərar qəbul edilməyib. Yaxın günlərdə isə Egenin mövsümə "Araz Naxçıvan"da başlayıb-başlamayacağı dəqiqləşəcək.

23 yaşlı futbolçu "Beşiktaş"dan ayrıldıqdan sonra "Bayrampaşaspor" və "Çatalcaspor"da oynayıb. Hazırda isə o, klubsuzdu.

Xəbər xətti