Almaniyanın "Ayntraxt" klubunun kapitanı Martin Hinteregger karyerasını başa vurub.
Sportal.az xəbər verir ki, avstriyalı mərkəz müdafiəçisi 29 yaşında peşəkar futbolla vidalaşıb. Bu barədə Frankfurt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Hintereggerin karyerasını belə tez başa vurmasının səbəbi klub rəhbərliyi ilə arasında olan problemlər göstərilir.
Qeyd edək ki, təcrübəli futbolçu başa çatan mövsümdə "Ayntraxt"la Avropa Liqasının qalibi olub.
saytlarin hazirlanmasi