"Beşiktaş" Cenk Tosunu yenidən heyətinə qatmağa hazırlaşır.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi 31 yaşlı oyunçu ilə razılaşıb. Bu barədə "NTV Spor" məlumat yayıb. Xəbərə görə, "ağ-qaralar" Cenk ilə 2 illik müqavilə bağlamağı planlaşdırır.
Qeyd edək ki, təcrübəli hücumçu daha əvvəl "Beşiktaş"da (2014-2017, 2021) çıxış edib. O, son olaraq "Everton"da oynayıb. Liverpul təmsilçisi futbolçu ilə başa çatan müqaviləni uzatmamağa qərar verib.
saytlarin hazirlanmasi