"Fiorentina" "Real"ın hücumçusu Luka Yoviçi icarə əsasında heyətinə qatmaq istəyir.
Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Madrid təmsilçisi serbiyalı oyunçunun gedişinə mane olmayacaq. Klub hücumçunun maaşının yarısını verməyə də hazırdır. Yoviç artıq Florensiya təmsilçisi ilə razılaşıb.
Qeyd edək ki, 24 yaşlı futbolçu 2019-cu ildən çıxış etdiyi "kral klubu" ilə başa çatan mövsümdə 19 oyunda meydanda olub. O, bu görüşlərdə 3 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi