Millimizin İtaliya, Almaniya və İspaniya matçları üçün heyəti bəlli oldu

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Nazare şəhərində EBSL-2022 Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək.

Sportal.az xəbər verir ki, A Divizionunda yer alan yığmamızın seçmə mərhələdə oyunlarının təqvimi bəlli olub. Belə ki, Zeynal Zeynalovun rəhbərlik etdiyi kollektiv iyulun 1-də İtaliya, 2-də Almaniya, bir gün sonra isə İspaniya ilə qarşılaşacaq.

Yığmamızın bu matçlar üçün heyəti də açıqlanıb:

Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov, Rafiq Kərimov

Oyunçular: Comərd Baxşəliyev, Elşad Manafov, Amid Nəzərov, Orxan Məmmədov, Fuad Hüseynov, Emin Mehdiyev, Kamil Hüseynov, Bayram Paşazadə, İsa Zeynalli, Hüseyn Axundov, Sabir Allahquliyev

Tarix: 24 İyun [10:43]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 İyun 2022
27  İyun 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio