Stuxlik: "Azərbaycanda keçirdiyim gözəl vaxtı unutmayacam"

"Hər kəsə uğurlarının davamlı olmasını arzulayıram. Azərbaycanda keçirdiyim gözəl vaxtı unutmayacağam".

Sportal.az xəbər verir ki, bu sözləri AFFA ilə müqavilə müddəti iyunun 30-da başa çatacaq Hakimlər Komitəsinin sədri Frits Stuxlik qurumun rəsmi saytına açıqlamasında deyib.

O, bildirib ki, son illər hakimlik, xüsusən də oyun rəsmiləri sahəsində pozitiv dəyişiklikləri görmək çox xoşdur:

"Təkcə Premyer Liqa və 1-ci Divizionda deyil, eyni zamanda, gənclərdən ibarət komandaların, futzal oyunlarının, eləcə də həvəskarlar arasında turnirlərin hakimlik məsələlərində müsbət dinamika müşahidə olunub. Bu məsələdə Hakimlər Komitəsindəki həmkarlarımın, fiziki hazırlıq üzrə məşqçilərin və təbii ki, AFFA rəsmilərinin böyük rolu olub. Birlikdə nail olduğumuz, miqyasından asılı olmayaraq bütün uğurlara görə futbol ailəsinə təşəkkürümü bildirirəm".

Tarix: 24 İyun [10:57]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 İyun 2022
27  İyun 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio