"Kəpəz"in əvəzedici heyətinin baş məşqçisinin adına aydınlıq gəlib.
Sportal.az Gəncə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, əvəzediciləri Xaliq Mərdanov çalışdıracaq. Mərdanovla bir illik müqavilə imzalanılıb.
Xaliq Mərdanov 2015-2017-ci illərdə əsas komandanın məşqçilər korpusunda yer alıb.