Premyer Liqa klubu millinin qolkiperilə anlaşdı

11:39 - 24 İyun 2022

Yeni mövsümdən Premyer Liqada yüksək yerlər uğrunda mübarizə aparacağı iddia edilən "Nyukasl" heyətini millinin futbolçusu ilə gücləndirib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa klubu "Bernli"nin qolkiperi Nik Poupla anlaşıb. 

İngiltərə millisinin qapısını qoruyan 30 yaşlı kiperlə dörd illik müqavilə imzalanıb.

Xəbər xətti