Türkiyənin "Beşiktaş" klubu yeni sponsorluq müqaviləsi imzalayıb.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Beko" şirkəti ilə əməkdaşlığa başlayıb. Tərəflər arasında 3 illik sözləşmə imzalanıb.
Müqaviləyə əsasən şirkətin adı "Beşiktaş"ın formasınnı arxa hissəsində yer alacaq. "Qara qartallar" bu anlaşmadan 3 il ərzində 92 milyon lirə (təxminən 9 milyon manat) qazanacaq.
Tarix: 24 İyun [20:32]
|
|
Müəllif: Sportal.az
|