"Qəbələ"nin yeni transferi məşqə çıxdı - FOTO

19:20 - 26 İyun 2022

Avropa Konfrans Liqasında ölkəmizi təmsil edəcək "Qəbələ" hazırlığı davam etdirir.

 

Sportal.az xəbər verir ki, "qırmızı-qaralar" hazırlıq prosesini doğma şəhərdə davam etdirir. Əyalət təmsilçisinin yeni transferi Felipe Santos da komandanın bu gün baş tutan məşqində iştirak edib.

 

Qeyd edək ki, braziliyalı futbolçu son mövsümü "Şamaxı"da keçirib.

 

Xəbər xətti