Argentinalı futbolçu Anxel Di Mariya karyerasına "Yuventus"da davam edəcək.
Sportal.az "Goal"a istinadən xəbər verir ki, 34 yaşlı futbolçu "qoca sinyora" ilə 1 illik müqavilə imzalayacaq.
İlkin razılıq əldə edilib və yaxın günlərdə rəsmi müqavilənin də imzalanacağı gözlənilir.
Di Mariya son dəfə PSJ-də forma geyinib.
Tarix: 27 İyun [19:35]
|
|
Müəllif: Sportal.az
|