Roman Qriqorçuk Azərbaycandakı illərini xatırladı: "Onların dini baxışlarına hörmət etməli idim"

"Çernomorets"in baş məşqçisi Roman Qriqorçuk Ukrayna mətbuatına danışıb.

Sportal.az xəbər verir ki, "Свободный голос" kanalına danışan ukraynalı mütəxəssis "Qəbələ"dəki vaxtlarını xatırlayıb: “Çernomorets”dən sonra Azərbaycan və Qazaxıstan səyahətləri başladı. “Qəbələ”də əla illər keçirdik. Bu klub 13 min əhalisi olan kiçik şəhəri təmsil edirdi. Amma daimi və təsirli irəliləyişlə ard-arda iki dəfə dörd seçmə mərhələni adlayaraq Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdıq. Deyə bilmərəm ki, ən yaxşı və ya ən pis harada oldu. Fərqli alındı.

Xarici ölkəyə uyğunlaşmaq, yerli insanlarla ünsiyyət qurmağın düzgün yolunu tapmaq, bunları hamısı böyük təcrübədi. Axı hər bir xalqın özünəməxsus xüsusiyyətləri var. Bu baxımdan Azərbaycandakı fəaliyyətimə diqqət yetirmək istəyirəm. Müsəlmanlar üçün ən vacib aylardan biri olan Ramazanda hamı, o cümlədən futbolçular da gün batana qədər heç nə yeyib-içmir. Bəs, idmançı bütün günü yemək yeməsə, onun effektivliyi necə olacaq? Onların adətlərinə və dini baxışlarına hörmət etməli idim".

Tarix: 27 İyun [20:35]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Avqust 2022
15  Avqust 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio