"Vest Hem" Alfonso Areolanın transfer hüququna sahib çıxıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçisi PSJ ilə danışıqları müsbət yekunlaşdıra bilib.
Müqaviləyə əsasən fransalı 2027-ci ilə qədər "Vest Hem"ə məxsus olacaq.
Ötən mövsüm isə Areola İngiltərə klubunda icarə əsasında çıxış edib.
29 yaşlı qapıçı karyerası ərzində “Lans”, “Bastiya”, “Vilyarreal”, “Real”, “Fulhem” klublarının qapısını qoruyub.