"Zirə"nin rəqibi futbolçusu ilə müqavilə müddətini uzatdı

13:43 - 28 İyun 2022

Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Makkabi" futbolçularından biri ilə müqavilə müddətini uzadıb.

Sportal.az Təl-Əviv klubunun rəsmi saytına istinadən xəbər verir ki, Parfe Giaqon komandada saxlanılıb.

Fil Dişi Sahilindən olan futbolçu ilə 3+1 illik sözləşmə imzalanıb.

2019-ci ildən "Makkabi"də oynayan 21 yaşlı afrikalı ötən mövsümü Netaniyanın "Makkabi" klubunda çıxış etmişdi.

"Zirə"nin "Makkabi" ilə ilk oyunu iyulun 21-də Bakıda, cavab qarşılaşması isə iyulun 28-də Təl-Əvivdə keçiriləcək.

Xəbər xətti