Paytaxt klubunun yeni transferi: "Özümü əla hiss edirəm"

"Səbail"in yeni transferi Qustavo França klubun mətbuat xidmətinə açıqlama verib.

Sportal.az xəbər verir ki, braziliyalı müdafiəçi paytaxt klubuna keçidini şərh edib:

"Özümü əla hiss edirəm. Komandadakı hər kəs məni çox səmimi qarşıladı və bu, mənim üçün xoş sürpriz oldu. Ötən gün isə burada ilk məşqimə çıxdım. Komandada abu-hava çox yüksək idi. "Səbail"də olduğum üçün xoşbəxtəm".

França qarşıdakı 1 ili "Səbail"də keçirəcək. 

25 yaşlı müdafiəçinin son klubu Portuqaliya Sequndasında yarışan "Leykşoeş" olub. 

Tarix: 28 İyun [15:33]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Avqust 2022
15  Avqust 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio