Mahir Emreli: "Qol vursam da, o qədər yaxşı deyildim"

10:33 - 29 İyun 2022

“Dinamo”nun forvardı Mahir Emreli "Nafta 1903" klubuna qarşı keçirilən yoxlama görüşündən sonra klubun rəsmi saytına danışıb.

Sportal.az xəbər verir ki, millimizin forvardı 3:0 başa çatan görüşdə komandasının qollarından birinə imza atması barədə danışıb:

"Ötən mövsüm komandanın hazırlıq prosesini buraxmışdım. Həm də koronavirusa yoluxmuşdum. Mənim üçün çətin idi. Amma indi hər şey yaxşıdı. Çünki hazırlıq prosesindən komanda ilə birlikdəyəm, atmosferi hiss edirəm. Yaxşı oynadıq, amma özümdən daha çoxunu gözləyirəm.

​Qol vursam da, o qədər yaxşı deyildim meydanda. Səhər məşqimiz olmuşdu. Bu, elə də asan deyil. Amma hazırlıq zamanı normaldı. Fikrimcə, ilk rəsmi oyunumuza qədər tam formada olacağıq”.

Xəbər xətti