"Qarabağ" Rumıniya və Almaniya klubu ilə bərabərə qaldı - YENİLƏNİR

22:18 - 29 İyun 2022

Bu gün "Qarabağ" Avstriyadakı təlim-məşq toplanışı zamanı növbəti yoxlama görüşlərini keçirib.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi öncə “Holştayn Kil”lə qarşılaşıb. Matç 2:2 hesabı ilə yekunlaşıb. Az öncə isə Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “Universitetya Krayova” ilə bərabərə qalıb. 

“Qarabağ” – “Universitetya Krayova” (Rumıniya) 1:1 

Qollar: Filip Ozobiç, 16 - Andrey İvan, 36

 

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina

“Qarabağ” – “Holştayn Kil” (Almaniya) 2:2 
Qollar: 
Ramil Şeydayev 28, 44 (p)

"Qarabağ": Luka Quqeşaşvili, Rahil Məmmədov, Marko Yankoviç, Kvabene Ovusu, Leandro Andrade, İsmayıl İbrahimli, Musa Qurbanlı, Toral Bayramov, Abbas Hüseynov, Bədavi Hüseynov, Ramil Şeydayev

​Bundan əvvəl “Qarabağ” Rumıniyanın “Botoşani” klubuna 4:0 qalib gəlmişdi.

Xəbər xətti