"Sabah"ın futbolçusu "Turan Tovuz"da

11:45 - 29 İyun 2022

"Turan Tovuz" daha bir futbolçunun keçidini həll edib.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Sabah"a məxsus olan Veysəl Rzayev icarə əsasında Tovuz klubunda oynayacaq.

Onunla bir illik icarə müqaviləsi imzalanılıb.

Veysəl Rzayev 2019/2020-ci illər mövsümündə "Turan Tovuz"un heyətində birinci divizionun qalibi olub.

Xəbər xətti