PSJ-nin sabiq futbolçusu Türkiyə klubunda

13:14 - 29 İyun 2022

Yeni mövsümdən Türkiyə Superliqasında iştirak edəcək "Ankaragücü" tanınmış futbolçu transfer edib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi "Real" və PSJ-də oynamış Xese Rodriqeslə anlaşıb.

29 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.

Son dəfə "Las Palmas" forması geyinmiş Xese karyerası ərzində "Real", PSJ, "Stok Siti", "Betis", "Sportinq" klublarında oynayıb. 

Xəbər xətti