"Qarabağ"ın müdafiəçisi: "Yaxşı ki, cavab oyununu evdə keçirəcəyik"

15:02 - 29 İyun 2022

"Qarabağ"ın montenoqrolu futbolçusu Marko Veşoviç Polşa mətbuatına danışıb.

Sportal.az xəbər verir ki, “Przegladzie Sportowym” portalına danışan müdafiəçi bunları deyib:

"İlk oyunumuz səfərdədi. Amma istənilən halda, yəqin ki, hücum futbolu nümayiş etdirəcəyik. Yaxşı ki, cavab görüşü Bakıda olacaq. Poznanda uğurlu nəticə qazanmaq vacibdi. Doğma stadionda isə stadiondakı ab-hava yaxşı olacaq. Ona görə də asan alınacağını düşünürəm”.

 

Xəbər xətti