"Barselona" Levandovski üçün məbləği artırdı

19:17 - 29 İyun 2022

Transfer fəaliyyətini davam etdirən "Barselona"nın əsas hədəfi "Bavariya"nın hücumçusu Robert Levandovskidir.

 

Sportal.az xəbər verir ki, daha əvvəl polşalı forvard üçün 30 milyon avroluq təklif göndərən və rədd cavabı alan Kataloniya təmsilçisi bu məbləği artırıb. İspaniya klubu 33 yaşlı qolçu üçün 40 milyon avro və bonusların nəzərdə tutulduğu təkliflə münhenlilərə müraciət edib.

 

Robert Levandovski son mövsümdə "Bavariya"nın heyətində meydana çıxdığı 50 matçda 46 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti