Avropa Konfrans Liqasında mübarizə aparacaq "Qəbələ" hazırlıq prosesinin ilk mərhələsini başa vurub.
Sportal.az xəbər verir ki, əyalət təmsilçisisi təlim-məşq toplanışının birinci mərhələsini doğma şəhərdə keçirib.
Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv yeni mövsümə hazırlığın ikinci hissəsini isə Türkiyədə keçirəcək. Komanda sabah qonşu ölkənin Bolu şəhərinə yola düşəcək.
"Qəbələ" Türkiyədə iki yoxlama oyunu keçirməyi planlaşdırıb. "Qırmızı-qaralar" iyulun 5-də yerli “Qaziantep”, 12-də Rumıniyanın “Çiksereda” klubu ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi