"Qəbələ" heyətini yeni legioner futbolçu ilə gücləndirmək istəyir.
Sportal.az xəbər verir ki, "qırmızı-qaralar" İsrailin "Aşdod" klubunda çıxış edən Fares Abu Akellə maraqlanır. Bu barədə İsrail mətbuatı məlumat yayıb.
25 yaşlı yarımmüdafiəçinin "Qəbələ" ilə müqavilə imzalamaq üçün Azərbaycana gəldiyi bildirilib.
Qeyd edək ki, dünən İsrail mətbuatı Fares Abu Akellə "Neftçi"nin maraqlandığını yazmışdı.
saytlarin hazirlanmasi