Braziliyalı yarımmüdafiəçi "Qəbələ"yə qarşı oynamayacaq

17:32 - 6 İyul 2022

Avropa Konfrans Liqasının II təsnifat mərhələsində  “Qəbələ”nin rəqibi olan “Fehervar” ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, Macarıstan təmsilçisi Alef dos Santos Saldanyanı itirib. Məşq zamanı ciddi zədə alan 27 yaşlı yarımmüdafiəçi əməliyyat olunub. Braziliyalı futbolçu bir neçə ay yaşıl meydanlardan kənarda qalacaq.

 

Təcrübəli oyunçu son mövsümdə "Fehervar"ın heyətində meydana çıxdığı 17 matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Qeyd edək ki, “Qəbələ” “Fehervar”a qarşı ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını isə bir həftə sonra evdə keçirəcək.

Xəbər xətti