"Qəbələ"nin yeni transferi komandaya qoşuldu

18:09 - 6 İyul 2022

2022-2023-cü illər mövsümünə hazırlaşan “Qəbələ” Türkiyədə təşkil olunan təlim-məşq toplanışını davam etdirir.

 

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” toplanışın üçüncü gününü bir məşqlə yekunlaşdırıb.

 

Bir gün öncə “Qaziantep”lə yoxlama oyunu (1:2) keçirən komandanın hazırlığı səhər saatlarında baş tutub. Bərpa xarakterli məşq iki qrupda keçib.

 

Futbolçuların bir hissəsi fitnes zalda məşq edib. Digər oyunçular meydanda toplu və topsuz çalışmalar yerinə yetiriblər. “Qəbələ”nin yeni transferi Feras Abu Akalda məşq prosesinə qoşulub.

Xəbər xətti