2022-2023-cü illər mövsümünə Türkiyədə hazırlaşan “Qəbələ” Bolu toplanışını davam etdirir.
Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” qonşu ölkədə təşkil olunan təlim-məşq prosesinin yeddinci gününü başa vurub.
Baş məşqçi Elmar Baxşıyevin yetirmələri günü bir məşqlə yekunlaşdırıblar. Hazırlıq prosesi günün ikinci yarısına təsadüf edib.
Məşq meydançada gerçəkləşib. Futbolçular öncə fiziki təmrinləri icra edib, ardınca toplu çalışmaları yerinə yetiriblər.
saytlarin hazirlanmasi