"Qəbələ"nin futbolçusu: "Əlimizdən gələni meydanda etməyə çalışdıq"

11:32 - 22 İyul 2022

"Qəbələ" Avropa Konfrans Liqası II təsnifatb mərhələsinin ilk oyununda səfərdə Macarıstanın "Fehervar" klubuna 1:4 hesabı ilə məğlub olub.

 

Sportal.az xəbər verir ki, "qırmızı-qaralar"ın yarımmüdafiəçisi Rövlan Muradov matçdan sonra instaqram hesabında paylaşım edib. 24 yaşlı futbolçu azarkeşlərə təşəkkürünü bildirib:

 

“Sonda nəticə ürəyimizcə olmasa da, əlimizdən gələni meydanda etməyə çalışdıq. Bir bir ailəyik. Yaxşı gündə də, pis gündə də birik. Bizə dəstək olan azarkeşlərə təşəkkür edirəm”.

 

Qeyd edək ki, "Qəbələ" "Fehervar"la cavab oyununu iyulun 28-də Qəbələdə keçirəcək.

Xəbər xətti