Azərbaycan milli komandasının hücumçusu Renat Dataşov "Qrasshopper" klubunun heyətində ilk qolunu vurub.
Sportal.az xəbər verir ki, 23 yaşlı forvard İsveçrə Super Liqasının 2-ci turunun "Yanq Boyz"la matçında fərqlənib. Dadaşov vurduğu qolla bağlı instaqram səhifəsində paylaşım edib:
"Qrasshopper"də ilk qolumu vurmaq necə gözəl hissdir. Möhtəşəm komanda ruhu göstərdik və layiqli xal qazandıq. Qarşıdakı böyük oyunlara köklənirik".
Qeyd edək ki, Renat Dadaşov "Qrasshopper"lə 2+1 illik müqavilə imzalayıb.
saytlarin hazirlanmasi