"Çelsi" ispaniyalını transfer etdi

17:30 - 5 Avqust 2022

"Çelsi" heyətinə yeni futbolçu ilə gücləndirib. 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "zadəganlar" "Brayton"da oynamış Mark Kukurellanı transfer edib.

24 yaşlı futbolçu ilə 6 illik müqavilə imzalanıb. "Çelsi" ispana görə qarşı tərəfə 55 milyon avro ödəyəcək.

Adıçəkilən futbolçunun "Mançester Siti"yə keçəcəyi gözlənilirdi. 

Xəbər xətti