İslamiada: Azərbaycan millisi məğlub oldu

20:13 - 8 Avqust 2022

Türkiyənin Konya şəhərində V İslamiada davam edir.

Sportal.az xəbər verir ki, futbol üzrə Azərbaycanın U-23 yığması da mübarizəyə başlayıb. Samir Əliyevin rəhbərlik etdiyi kollektiv Səudiyyə Ərəbistanı ilə qarşılaşıb.

​Yığmamız bu görüşdən 0:1 hesablı məğlubiyyətlə ayrılıb. Rəqib 90+8-ci dəqiqədə fərqlənib. 

Millimizin qrupdakı digərləri İran və Mərakeşdi. 

 

Xəbər xətti