Millilərimiz Şahmat Olimpiadasında: kişilər 7-ci, qadınlar 8-ci oldu

Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan yığması son oyununa çıxıb.

Sportal.az xəbər verir ki, kişilərdən ibarət millimiz Serbiya ilə qarşılaşıb. Görüş şahmatçılarımızın 2,5:1,5 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimiz turniri 16 xalla 7-ci sırada bitirib. Olimpiadanın qalibi isə Özbəkistan yığması olub.

Qadınlardan ibarət milli komandamız isə Gürcüstana 1:3 uduzb. Buna görə yığmamız medalçılar sırasına düşə bilməyib. Komandamız 16 xalla 8-ci pillədə başa vurub. Qadınların yarışında isə Ukrayna çempionluğu bayram edib. 

Tarix: 9 Avqust [14:17]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
7 Oktyabr 2022
6  Oktyabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio