"Turan Tovuz" heyətinə yeni futbolçu cəlb edib.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı kamerunlu hücumçu Runi Eva ilə 1 illik müqavilə bağlanıb.
Karyerasına vətənində “Apeje”də başlayan Runi Yunanıstanda “Veria”, “Asteras”, “Trikala”, Əlcəzairdə “Algier”, “Əyn Emlila” klublarında forma geyinib. O, son olaraq Yunanıstan təmsilçisi “Apollon”un (Pontu) uğurları üçün çalışıb.