Mahir Emrelinin komandası ÇL-in pley-off mərhələsinə yüksəldi

00:22 - 10 Avqust 2022

Mahir Emrelinin şərəfini qoruduğu "Dinamo" Çempionlar Liqasının III təsnifat mərhələsində Bolqarıstanın "Ludoqorets" klubu ilə cavab oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, matç Zaqreb təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb. İlk oyunda rəqibini 2:1 hesabı ilə məğlub edən "Dinamo" pley-offa adlayıb. Zaqreblilər növbəti raundda “Budyo Qlimt”lə (Norveç) üz-üzə gələcək.

 

Mahir Emreli isə bugünkü oyunda meydana çıxmayıb. O, sona kimi ehtiyatda qalıb.

Xəbər xətti