"Qəbələ"nin kapitanından "Qarabağ"a təbrik

11:50 - 10 Avqust 2022

"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.

 

Sportal.az xəbər verir ki, "Qəbələ"nin kapitanı Asif Məmmədov da Ağdam təmsilçisinin uğuruna biganə qalmayıb. 36 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında "Bravo "Qarabağ" paylaşımı edib.

 

Qeyd edək ki, "Qarabağ" Bakıda 1:1 hesablı heç-heçə etdiyi "Ferentsvaroş"u Macarıstanda 3:1 hesabı ilə məğlub edərək pley-off-a yüksəlib.

Xəbər xətti