Yuri Syomin: "Qarabağ"ın "Ferentsvaroş"u məğlub etməsində gözlənilməz heç nə yoxdu"

13:54 - 10 Avqust 2022

"Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syomin Rusiya mətbuatına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 75 yaşlı mütəxəssis "Qarabağ"ın Çempionlar Liqası III təsnifat mərhələsinin "Ferentsvaroş"la cavab matçını dəyərləndirib. Təcrübəli məşqçi Ağdam təmsilçisinin qələbə qazanmağının gözlənilməz olmadığını deyib:

 

"Nəticəni gördüm. "Ferentsvaroş" yaxşı komandaya uduzdu. "Qarabağ" daim avrokubokların qrup mərhələsində çıxış edir, böyük xal fərqi ilə ölkə çempionu olur. Ona görə də burada gözlənilməz heç nə yoxdur".

 

Qeyd edək ki, "Qarabağ" Bakıda 1:1 hesablı heç-heçə etdiyi "Ferentsvaroş"u Macarıstanda keçirilən cavab görüşündə 3:1 hesabı ilə məğlub edərək Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.

Xəbər xətti