"Qarabağ" reytinqdə 11 pillə irəlilədi

13:58 - 11 Avqust 2022

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünya klublarının yeni reytinq siyahısını açıqlayıb.

Sportal.az xəbər verir ki, 301 klubun yer aldığı siyahıda Azərbaycandan yalnız "Qarabağ"ın adı var.

 

Ağdam təmsilçisi əvvəlki reytinqlə müqayisədə 11 pillə irəliləyib. "Köhlən atlar" hazırda 145,5 xalla 78-ci yerdədir. "Qarabağ" reytinq cədvəlində "Borussiya", "Latsio", "Tottenhem", "Fənərbağça" kimi klubları qabaqlayır.

Xəbər xətti