"Qarabağ"ın rəqibindən növbəti transfer

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Viktoriya" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Plzen təmsilçisi "Real Ovyedo"dan Erik Jirkanı transfer edib. Bu barədə Çexiya klubunun rəsmi saytı məlumat yayıb.

 

"Viktoriya" 24 yaşlı slovakiyalı vingerlə 2025-ci ilin yayına kimi nəzərdə turulan müqavilə imzalayıb.

 

Xatırladaq ki, plzenlilər bu gün müdafiəçi Vatslav Yemelkanı transfer etdiyini açıqlamışdı.

 

Qeyd edək ki, "Qarabağ" "Viktoriya" ilə ilk matçı 17 avqust tarixində, saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək. Komandalar arasında cavab oyunu isə ayın 23-ü Çexiyada baş tutacaq.

Tarix: 11 Avqust [18:33]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
7 Oktyabr 2022
6  Oktyabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio