PSJ-dən "Napoli"yə

15:03 - 12 Avqust 2022

Keylor Navasin yeni klubunun adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, "Napoli" kosta-rikalı qolkiperlə anlaşıb.

35 yaşlı qapıçının yaxın günlərdə Neapola yollanaraq tibbi müayinədən keçəcəyi gözlənilir.

2019-cu ilin yayından PSJ-də çıxış edən Navas ötən mövsüm 26 matçda Paris klubunun qapısını qoruyub.

Xəbər xətti