"Qarabağ"ın rəqibi "Ferentsvaroş"dan oyunçu gətirdi

16:32 - 12 Avqust 2022

Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Viktoriya" (Plzen) komandaya daha bir futbolçu dəvət edib.

Sportal.az Plzen klubunun rəsmi saytına istinadən xəbər verir ki, çexiyalılar "Ferentsvaroş"un hücumçusu Akpan Bessini icarəyə götürüb. Nigeriyalı forvardla 1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, "Qarabağ" 3-cü təsnifat mərhələsində  "Ferentsvaroş"u mübarizədən kənarlaşdırıb.

​"Qarabağ" "Qarabağ" "Viktoriya" ilə ilk matçını avqustun 17-də Bakıda, cavab oyununu isə avqustun 23-də Plzendə keçirəcək.

Xəbər xətti