"Viktoriya"nın hücumçusu: "Qarabağ"la oyun çətin olacaq"

Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Viktoriya"nın hücumçusu Forçun Akpan Bessi açıqlama verib.

 

Sportal.az xəbər verir ki, "Ferentsvaroş"dan icarəyə götürülən nigeriyalı forvard III təsnifat mərhələsinin Ağdam təmsilçisi ilə matçını xatırladıb:

 

"Çətin matç idi, indi də belə olacaq. “Qarabağ” irəlidə fəal oynayır və bütün diqqətini rəqibin səhvlərinə cəmləyir. Yaxşı müdafiə olunsaq, uğur əldə edə bilərik. İnanıram ki, yaxşı mübarizə aparacağıq və bu komandanın öhdəsindən gələcəyik. "Qarabağ"a qalib gələ bilərik".

 

Qeyd edək ki, "Qarabağ" "Viktoriya" ilə ilk matçı 17 avqust tarixində, saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək. Komandalar arasında cavab oyunu isə ayın 23-ü Çexiyada baş tutacaq.

Tarix: 13 Avqust [12:26]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 Sentyabr 2022
26  Sentyabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio