"Qarabağ"ın Çexiya səfərinin vaxtı açıqlandı

Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündə "Viktoriya" ilə üz-üzə gələcək "Qarabağ" avqustun 22-i Çexiyaya yollanacaq.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam klubu Praqa şəhərinə aparacaq təyyarə saat 09:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.

Avqustun 22-də saat 19:30-da (Bakı vaxtı ilə 21:30) baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək. Saat 20:00-da isə (Bakı vaxtı ilə 22:00) matçın keçiriləcəyi Plzen şəhər stadionunda “Qarabağ”ın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.

“Viktoriya” – “Qarabağ” oyunu avqustun 23-ü Bakı vaxtı ilə 23:00-da başlayacaq. İlk matç 0:0 hesabı ilə yekunlaşıb.

Tarix: 19 Avqust [14:57]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
7 Oktyabr 2022
6  Oktyabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio