Ozan Canın komandası səfərdə qələbə qazandı

16:59 - 20 Avqust 2022

Futbol üzrə Niderland I Liqasında III turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının keçmiş futbolçusu Ozan Can Kökcünün formasını geydiyi "Eyndhoven" səfərdə "Helmond Sport"la qarşılaşıb. Matç futbolçumuzun komandasının 1:0 hesablı qələbəsiylə başa çatıb.

 

Ozan Can da bu görüşün iştirakçısı olub. Oyuna start heyətdə başlayan 24 yaşlı vinger 68-ci dəqiqədə əvəzlənib.

 

3 turdan sonra maksimum nəticə göstərən "Eyndhoven" turnur cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Xəbər xətti