İki boksçumuz Qazaxıstanda bürünc medal qazandı

12:38 - 3 Sentyabr 2022

Azərbaycanın 2 boksçusu Qazaxıstanın Aktau şəhərində keçirilən beynəlxalq turniri bürünc medalla başa vurub.

 

Sportal.az xəbər verir ki, Ruslan Qədirov (54 kq) və Rauf Rəhimov (92 kq) yığmamızla yanaşı, Qazaxıstan, Özbəkistan, Tailand, Monqolustan, Tacikistan və Qırğızıstandan 130 idmançının qatıldığı turnirdə 3-cü yeri tutublar.

 

Qədirov yarımfinalda qazaxıstanlı Timur Kabdeşovla üz-üzə gəlib. Rəqib finala yüksəldiyindən boksçumuz bürünc mükafata layiq görülüb.

 

Rəhimov isə özbəkistanlı Nusratbek Tohirovla qüvvəsini sınayıb. Asiyalı mərhələ adladığından Rauf fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Xəbər xətti