Xorvatiya mətbuatı: "Mahir "Dinamo"ya ciddi töhfə verməkdən uzaqdır"

Xorvatiya mətbuatı "Dinamo"da çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli haqda yazıb.

 

Sportal.az xəbər verir ki, "germanijak.hr" portalı 25 yaşlı forvardın hazırki durumunu dəyərləndirib. Xorvatiyalı həmkarlarımız Emrelinin "Dinamo"da özünü göstərə bilmədiyini qeyd edib:

 

"Maksimir"dəki Azərbaycan millisinin futbolçusu yoldan keçən kimi görünür. Bəzən onun burada olduğunu da unuduruq. Bu mövsüm cəmi 173 dəqiqə meydanda olub və bir qolla yadda qalıb. Mahir "Dinamo"ya ciddi töhfə verməkdən uzaqdır. Ante Çaçiç mövsümün əvvəlində onu oyunqurucu kimi oynatmaq istəyirdi. Baxmayaraq ki, Mahir cinahda da oynaya bilir. Emreli bu mövqelərin heç birində özünü göstərə bilmədi. Üstəlik, o, “Dinamo”ya keçəndən sonra artıq bir neçə dəfə zədələnib. Emreli deyəsən, komandanın soyunub-geyinmə otağına və komanda yoldaşlarına hələ tam uyğunlaşmayıb. Əsas sual Mahirin qış fasiləsinə qədər nə qədər forma şansı əldə edəcəyidir. Çünki hücumun mərkəzində Petkoviç və Drmiç, sağ cinahda Şpikiç Mahirin qarşısındadır. Azərbaycanlı futbolçunun gələcəyi hələ də böyük müəmmalıdır".

Tarix: 27 Sentyabr [16:20]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
3 Dekabr 2022
2  Dekabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio