"Neftçi"nin çalışdırıcısı Rumıniya millisinin baş məşqçi postuna namizədliyi barədə: "Burada özümü xoşbəxt hiss edirəm"

12:44 - 28 Sentyabr 2022

Rumıniya mətbuatının yazdığına görə, hazırda millini çalışdıra biləcək 5 namizddən biri də "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampfdı.

Sportal.az xəbər verir ki, rumıniyalı mütəxəssis "Neftçi TV"yə açıqlamasında məsələ haqda da danışıb:

"Düşünürəm ki, hazırki vəziyyət bunu etməyimə imkan vermir. "Neftçi" ilə müqaviləm var və burada özümü xoşbəxt hiss edirəm. Rumıniya millisinin çox yaxşı baş məşqçisi var. Adıçəkilən namizədlərin hamısı da yaxşı məşqçilərdi. Mənim üçün düzgün məqam deyil".

Mirbağırağa

 

Xəbər xətti