"De Byazi millini inkişaf etdiribsə, onu postunda saxlamaq olar, belə deyilsə, fərqli qərar vermək lazımdı"

15:34 - 28 Sentyabr 2022

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Qyoko Hacıyevski Sportal.az saytına açıqlama verib.

Şimali makedoniyalı mütəxəssis milli komandamızın son vaxtlardakı çıxışına münasibət bildirib. BƏƏ-nin "Hatta" klubunu çalışdıran təcrübəli məşqçi yığmamızın baş məşqçi postunda dəyişiklik edilməli olub-olmaması haqda da fikrini bildirib:

"Canni De Byazinin millidə saxlamaq lazımdır, ya yox bilmirəm. Bu haqda nəsə deməyim doğru olmaz. Azərbaycanın son görüşlərdəki qələbəsinə görə şadam. Qazaxıstana layiqli şəkildə qalib gəldilər. Oyundan əvvəl Qazaxıstan mətbuatına müsahibə vermişdim və bildirmişdim ki, Azərbaycanın qələbə qazanmaq şansı yüksəkdi. Çünki qazaxlar qrupdakı vəzifəsinin öhdəsindən gəlmişdi, Azərbaycan isə yaxşı durumda olduğunu sübut etməliydi. Şadam ki, Azərbaycan qalib gələrək qrupu ikinci pillədə başa vurdu.

Canni De Byazi məsələsinə gəlincə, dediyim kimi, həmkarım olduğuna görə, nəsə demnəyim doğru çıxmaz. Amma o, qalarsa, necə olacaq, bilmirəm. Buna AFFA qərar verməlidi. Ondan razıdılarsa, millini inkişaf etdiribsə, yaxşı atmosfer yaradıbsa, onu postunda saxlamaq olar. Yox, belə deyilsə, fərqli qərar vermək lazımdı".

Mirbağırağa

Xəbər xətti