"Yuventus" fransalı üçün təklif göndərdi

16:17 - 28 Sentyabr 2022

"Ayntraxt"ın müdafiəçisi Evan Ndika karyerasını İtaliyada davam etdirə bilər.

Sportal.az Almaniya mətbuatına istinadən xəbər verir ki, o, İtaliya klublarının maraq dairəsinə düşüb.

“Yuventus”la yanaşı “Roma “ da Ndika ilə maraqlanır. "Qoca sinyora"nın futbolçunun agenti ilə danışıqlara başladığı da bildirilir.

​Frankfurt təmsilçisi ilə müqaviləsi 2023-cü ildə başa çatacaq fransalı buranı tərk edəcək.

“Oser” yetirməsi olan 23 yaşlı müdafiəçi 2018-ci ildə “Ayntraxt”a keçib.

Xəbər xətti