Braziliya millisinin sabiq üzvü karyerasını bitirdi

13:54 - 29 Sentyabr 2022

Braziliya millisinin və "Çelsi"nin sabiq futbolçusu Ramires peşəkar karyerasını başa vurub.

 

Sportal.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi qərarını sosial şəbəkə hesabında açıqlayıb. O, 35 yaşında futbolla vidalaşıb.

 

Qeyd edək ki, Ramires karyerası ərzində "Kruzeyro", "Benfika", "Çelsi", "Palmeyras" kimi klublarda çıxış edib. Futbolçu Braziliyalı milli komandasının heyətində meydana çıxdığı 51 matçda 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti