Mahmud Qurbanov: "Qəbələ" ilə görüşdə qalib gəlmək, xal ehtiyatımızı artırmaq istəyirik"

18:11 - 29 Sentyabr 2022

"Səbail" Premyer Liqanın 8-ci turu çərçivəsində "Qəbələ" ilə qarşılaşacaq.

Sportal.az xəbər verir ki, Bayıl təmsilçisinin çalışdırıcısı "CBC Sport"a açıqlamasında matça hazırlıqlarından danışıb: 

"Çempionatda yaranan fasilə zamanı qarşıdakı oyunlara hazırlaşmaq üçün vaxtımız oldu. Bizi "Qəbələ"yə qarşı oyun gözləyir. Bəzi futbolçularımızda xırda zədələr var. Amma düşünərəm ki, matça kimi onlar hazır vəziyyətdə olacaqlar. Yığma komandalarımızın düşərgəsində olan Emil Balayevlə Samir Abdullayev də kollektivə qoşulub. Oyuna hazırlığımızı davam etdiririk. "Qəbələ" ilə görüşdə qalib gəlmək, xal ehtiyatımızı artırmaq istəyirik".

Xəbər xətti